Ədəbiyyat eyni ruhu daşıyıb, fərqli- fərqli düşünən insanların yaratdığı intellektual mülkiyyətdir. O,insana insani hisslər, duyğular təbliğ edir. Bir əsərin diktə etdiyi duyğu yükünü, yaratdığı təsiri heç bir qanun, heç bir qayda diktə edə bilməz. Zaman – zaman ədəbiyytın tərbiyə etdiyi insanların məhz insan şüurunda yartdığı inqilablar buna örnəkdir. Ədəbiyyatın dostluğu millətlərin dostluğudur deyirlər. Amma böyük bir coğrafiyanı əhatə edən türk xalqlarının söz birliyi, fikir birliyi, məhz onun ədəbiyyatında özünü büruzə verib həmişə. “Divani Lüğət –it türk, “Qutadqu bilik” ,“Dədə Qorqud”, “Əsli və Kərəm”,“Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Koroğlu”, “Manas” əsirlərdir bütün türkcə düşünən insanların ortaq dəyərlərinin inciləri hesab olunur və türkdilli xalqların ortaq dəyərlərə malik olduqlarından xəbər verir. Xalqlar ta bineyi qədimdən yaşadıqları və yaratdıqları nə varsa onu öz ədəbi dilində gələcəyə çatdırmağa çalışıb. Bir xalqın folklorunda, dastanlarında, ağılarında, bayatılarında, laylalarında, oxşamalarında onun taleyi saxlıdır.Türk xalqları böyük savaşlardan,qovğalardan keçərək şərəfli bir tarix yazıb. Hər qarış torpağı “Şühədə fışqıarn” bu vətən, rəngi torpaq uğrunda canından keçən oğullarının qanından alaraq göyə dikilən bayraq bizə onların əmanətidir.
70 illik tarixi fasilə bizə bir həqiqəti anlatdı. Xalq öz dilinə, milli - mənəvi dəyərlərinə sarılamdıqca, sahib çıxmadıqca, sevmədikcə yavaş- yavaş özünə özgələşir, biganələşir. Biganəlikdənsə qorxulu bəla yoxdur. İllərlə səddlər, sərhədlər arxasından bir- birinə həsrət qalan əllər, dillər birləşdikcə sən daha böyük olur və daha böyük düşüncələr yetirirsən, ey Xaqan oğlu Xaqan!
Sözün yükü ağır yükdür. Onu sonadək çəkə bilənlər nə bəxtiyardır. İllərlə Türk ədəbiyyatını, türk şairlərini, türk sərkərdələrini, türkün böyük oğullarını gizli- gizli ruhumuza sızdıran ənkələrimizin ruhu mavi buludlar misali başımızın üzərində dolaşır və bizə varoluşumuzun məhz diriliyimizdə, birliyimizdə olduğunu pıçıldayır. Ədəbiyyatımızı, mədəniyyətimizi yaşatmağı, özümüz olmağı təlqin edir.
Elə bu məqsədlədə Türkiyə- Azərbaycan arasında bir ədəbiyyat körpüsü qurmağı düşündük.Və Ruhumuzun rizinə düşərək qırılan könülləri abad eləmək istədik. İstədik söz adamları bir- birini tanısın, bir- birinin düşüncələrindən hali olsun.70 illik həsrəti yenən sözümüz, ədəbiyyatımız söz- söz çiçəkləsin, misra- misra boy atsın. Bu vəsiləylə də türkiyənin dəyərli aydını,şairi Fethi Akın bəylə bir könül körpüsü qurduq. Fethi Akın bəy Türkiyəmizin qələm adamlarını Azərbaycanımızda tanıtmaq məqsədini qarşıya qoydu, biz də Azərbaycanımızın dəyərli imzalarını Türkiyəmizdə təbliğ etməyi düşündük. Xeyli işlər gördük, layihələr həyata keçirdik və yolçuluğumuza sonadak davam etmək niyyətindəyik. Bizə qucaq açıb,bu fürsəti verdiyi üçün “Son söz “ qəzetinə,qəzetin bütün əməkdaşlarına, başda Murat Özbülbül və Şevval Ateş xanım olmaqla dərin təşəkkürümüzü bildirir və inanırıq ki, çıxdığımız bu söz yolçuluğunda ədəbiyyatımız, sözümüz, mədəniyyətimiz adına çox işlər görəcəyik.